Rusiya Mərkəzi Bankı 2023-cü ildə Çeçenistan və Dağıstanda islam bankçılığı üzrə pilot layihəyə start verəcək. Avqustun 4-də Mərkəzi Bank sanksiyalar fonunda maliyyə bazarının inkişafı ilə bağlı hesabat dərc edib və bu hesabatda digər məsələlərlə yanaşı, tərəfdaş maliyyələşdirmənin rolunu gücləndirməyi təklif edib.
Eləcə də bax: “MasterCard” ikinci rübdə Rusiyada $26 mln. - İTİRİB
FED.az əbər verir ki, bunu etmək üçün Rusiyanın ayrı-ayrı subyektlərinin ərazisində sınaqlar keçirmək lazımdır, bunun nəticəsində tərəfdaşın maliyyələşdirilməsinin qanunvericilik tənzimlənməsinin digər bölgələrə də genişləndirilməsi barədə qərar qəbul ediləcək.
Rusiya Mərkəzi Bank “İnterfaks”a aydınlıq gətirib ki, söhbət İslam bankçılığından gedir. Eksperiment 2023-cü ildə Çeçenistan və Dağıstan ərazisində baş tutacaq, məsələ Maliyyə Nazirliyi tərəfindən Mərkəzi Bankla birgə işlənir.
İslam bankçılığı – şəriətin dini prinsiplərinə əsaslanan bankçılıq üsuludur. Hansıki, məsələn, faizlərin ödənilməsi və yığılmasına qadağa qoyulmasını nəzərdə tutur.