«RabitəBank»ın 2020-ci ilin 1-ci rübünü necə başa vurduğu məlum olub.
FED.az xəbər verir ki, rüb ərzində bankın faiz gəlirləri 11 milyon 475 min manat, faiz xərcləri 3 milyon 15 min manat, xalis faiz gəliri 8 milyon 459 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3 milyon 266 min manat, qeyri-faiz xərcləri isə 7 milyon 476 min manat olub.
Nəticədə bank rübü 4 milyon 250 min min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar üçün 3 milyon 121 min manat ayırma etdikdən sonra bank rübü 1 milyon 129 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, «RabitəBank» ötən ilin 1-ci rübünü 3 milyon 258 min manat mənfəətlə başa vurmuşdu.
Eləcə də bax: «AccessBank» xalis mənfəətə çıxıb – RƏQƏMLƏR AÇIQLANDI - HESABAT
Bu dövrdə bankın cəmi aktivləri 4,2% və ya 30 milyon 882 min manat azalaraq 709 milyon 102 min manat olub. Cəmi kapitalı 4,3% və ya 4 milyon 317 min manat azalaraq 97 milyon 44 min manat təşkil edib. Bankın öhdəlikləri isə 4,2% və ya 26 milyon 565 min manat azalaraq 612 min 58 min manat olub.
Birinci rübdə bankın kredit portfeli 11 milyon 312 min manat və ya 3% artaraq 388 milyon 250 min manat olub.
Birinci rübdə «RabitəBank»ın derpozitlərinin məbləği ilin əvvəli ilə müqayisədə 33 milyon 213 min manat və ya 6,7% azalaraq 463 milyon 239 min manat olub.