Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»ın kredit portfeli 2022-ci ildə kəskin artıb.
«Rabitəbank»ın kredit portfeli böyüyüb - XALİS MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna bankın müştərilərə verdiyi kreditlərin ümumi məbləği 611 milyon manat olub. Bu 2021-ci ilin sonu ilə müqayisədə 137 milyon manat artıqdır. Xatırladaq ki, «Rabitəbank» 2021-ci ili 474 milyon manat kredit portfeli ilə başa vurmuşdu.
Müştərilərə verilən xalis kreditlər isə 145 milyon manat artaraq 441,8 milyon manatdan 587 milyon manata yüksəlib.
Bu dövrdə bankın biznes kreditləri 64 milyon manat artaraq 305 milyon manata, istehlsak kreditləri 56 milyon manat artaraq 205 milyon manata, daşınmaz əmlak kreditləri isə 17 milyon manat artaraq 100 milyon manata çatıb.