“Rabitəbank” ASC-də daha bir təyinat gerçəkləşdi.
Eləcə də bax: “Rabitəbank”da sədr dəyişikliyi – YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Elnur Vəliyev bankın Daxili nəzarət departamentinə direktor təyin edilib. Artıq 2021-ci ilin may ayından etibarən bu vəzifəyə təyin edilib.
E.Vəliyev ötən ilin avqustundan “Unibank KB” ASC-nin Risklərin idarəolunması departamentinin direktor müavini kimi təyin edilmişdi. Həmin müddətə qədər isə o “AFB Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru idi.
O, həmçinin “Dəmir Bank” və “Yelo Bank”da çalışıb.