Azərbaycanın aparıcı və aktiv banklarından olan «Rabitəbank» 2022-ci ilin 3-cü rübünü ciddi irəliləyişlə başa vurub.
Eləcə də bax: «Rabitəbank»ın mənfəəti 2 qat artdı – KREDİT PORTFELİ KƏSKİN BÖYÜYÜB - HESABAT
FED.az xəbər verir ki, hesabat dövründə bankın xalis mənfəəti 2 dfə artaraq 12 milyon 676 min manat təşkil edib.
Bu barədə «Rabitəbank»ın sədri Aydın Hüseynov məlumat verib. «Bankımız 2022-ci ilin 3-cü rübünü 12 milyon 676 min manat xalis mənfəətlə başa vurdu! Ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 2 dəfəyə yaxın artıran Rabitəbank, maliyyə hesabatını müştəriləri ilə bölüşür»- deyə bank sədri bildirib.
Hesabat dövründə, yəni 2022-ci ilin yanvar-sentyabr aylarında «Rabitə bank»ın gəlirləri 39,4% artaraq 84 milyon 125 min manata yüksəlib. Kredit portfeli isə 26% artaraq 597 milyon 466 min manat olub.
«Rabitəbank»ın qeyri-faiz gəlirlərində böyük artım baş verib- bu göstərici 68,6% artaraq 34 milyon 913 min manata çatıb.
Bankın kapitalı isə 14% artaraq 113 milyon manatı keçib.