FED.az “Rabitəbank”ın gəlir mənbələrini təqdim edir.
"Rabitəbank"dan 13,2 milyon manat xalis mənfəət - HESABAT
2025-ci ilin 3-cü rübü ərzində “Rabitəbank” ümumilikdə 132 milyon 637 min manat gəlir əldə edib. Gəlir strukturuna baxdıqda, bankın əsas qazanc istiqamətinin digər banklarda olduğu kimi kredit portfeli üzrə faiz gəlirləri olduğu görünür.
Belə ki, kredit portfelindən əldə edilən gəlirlər 91 milyon 910 min manat təşkil edib və bu, ümumi gəlirlərin 69%-nə bərabər olub.
Bankın komissiya haqlarından əldə etdiyi gəlir də mühüm paya sahibdir. Sözügedən mənbədən qazanılan 24 milyon 391 min manat bankın ümumi gəlirlərinin 18%-ni təşkil edib.
Bundan başqa qiymətli kağızlara investisiyalardan əldə edilən gəlirlər isə 3 milyon 842 min manat olub ki, bu da ümumi gəlirin 3%-lik hissəsini əhatə edir.
Eyni zamanda, digər banklara yerləşdirilən depozitlərdən gəlirlər 3 milyon 59 min manat təşkil edərək ümumi gəlirin 2%-ni formalaşdırıb. Əvəzində digər banklara verilən kreditlərdən gəlir 529 min manat olub və bu məbləğ ümumi gəlirin 1%-lik hissəsinə bərabərdir.
Valyuta əməliyyatlarından əldə edilən gəlir 1 milyon 300 min manat, digər faiz gəlirləri 139 min manat, digər qeyri-faiz gəlirləri isə 7 milyon 467 min manat təşkil edib. Bu göstəricilər müvafiq olaraq ümumi gəlirin 1%, 1% və 6%-lik hissələrinə uyğun gəlir.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
91 910 |
69% |
|
QK-a investisiyadan gəlir |
3 842 |
3% |
|
Digər banklara depozitlərdən gəlirlər |
3 059 |
2% |
|
Digər banklara kreditlərdən gəlirlər |
529 |
1% |
|
Komissiya haqları |
24 391 |
18% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
1 300 |
1% |
|
Digər faiz gəlirləri |
139 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
7 467 |
6% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
132 637 |
100% |














