“Rabitəbank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank 2025-ci ilin 9 ayını 13,2 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın faiz gəlirləri 99,5 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 15,7 milyon manat (18,7%) çoxdur.
Bu artımın əsas səbəbi verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu gəlirlər 91,9 milyon manata yüksəlib ki, bu da illik 18,9 milyon manat (25,9%) artım deməkdir.
Hesabat dövründə faiz xərcləri 40,2 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon manat (22,8%) çoxdur.
Depozitlər üzrə faizlər 4,6 milyon manat (19,9%) artaraq 27,7 milyon manata çatıb.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 4,1 milyon manat olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon manat (2,3 dəfə) çoxdur.
Nəticədə Bankın xalis faiz gəlirləri 8,2 milyon manat (16,0%) artaraq 59,3 milyon manata çatıb.
Bankın qeyri-faiz gəlirləri 35 milyon manata bərabər olub.
Alınan haqq və komissiya gəliri 24,4 milyon manat, xarici valyutadan gəlir 1,3 milyon manat təşkil edib.
Qiymətli kağızların satışından gəlir isə 821 min manat (83,9%) artaraq 1,8 milyon manata yüksəlib.
Qeyri-faiz xərcləri 73,6 milyon manat təşkil edib, il ərzində 5 milyon manat (7,3%) artıb.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 29,4 milyon manata bərabər olub ki, bu da illik 6,6 milyon manat (28,8%) artım deməkdir.
Ümumi və inzibati xərclər 33,9 milyon manat, amortizasiya xərcləri 2,1 milyon manat, digər xərclər isə 8,3 milyon manat bərabər olub.
Hesabatın ən mühüm dəyişikliklərindən biri kredit itkiləri üçün ehtiyat ayırmalarında baş verib. Bank bu məqsədlə 7,4 milyon manat vəsait ayırıb. Bu, ötən ilə nisbətən 2,9 milyon manat (65%) artımdır.
Bu amillərin birgə təsiri ilə Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 13,2 milyon manat olub.
"Rabitəbank" bu ilin III rübün sonuna 1 milyard 307 milyon manat cəmi aktivlərə malik olub. Bu, ilin əvvəli ilə müqayisədə 152,9 milyon manat (13,2%) artım deməkdir.
Bu böyümənin əsas səbəbi, müştərilərə verilmiş xalis kreditlərin 922,1 milyon manata bərabər olmasıdır. Xalis kredit portfeli ötən ilin sonuna nəzərən 97,5 milyon manat (11,8%) böyüyüb.
-
İstehlak kreditləri 48,4 milyon manat (16,5%) artaraq 341,8 milyon manata yüksəlib.
-
Biznes kreditləri 431,2 milyon manat olub ki, bu da 32,1 milyon manat (8%) artımdır.
-
Daşınmaz əmlak kreditləri isə 180,1 milyon manat təşkil edərək, ötən ilin sonu ilə müqayisədə 24,5 milyon manat (15,8%) böyüyüb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər 86,8 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 56,6 milyon manat (2,9 dəfə) artımdır.
Nağd pul vəsaitləri 119,7 milyon manat olub. Bu vəsaitlər 19,8 milyon manat (19,9%) artıb.
Bankın ticarət və investisiya qiymətli kağızları 119,0 milyon manat təşkil edib. Bu da 6,5 milyon manat (5,8%) artımın baş verməsi deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 997 min manata bərabər olub.
Əmlak və avadanlıqlar 10,9 milyon manat, qeyri-maddi aktivlər 789 min manat, digər aktivlər isə 47,2 milyon manat təşkil edib.
Bankın cəmi öhdəlikləri 1 milyard 175 milyon manata bərabər olub. Bu da ilin əvvəli ilə müqayisədə 143,4 milyon manat (13,9%) çoxdur.
Bundan kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 319,4 milyon manata təşkil edib və ötən ilin sonuna nəzərən 37,6 milyon manat (13,4%) artıb.
Depozit portfeli 115,7 milyon manat (17,1%) böyüyərək 792,9 milyon manata çatıb..
Fiziki şəxslərin depozitləri 550,9 milyon manat təşkil edib və 88,9 milyon manat (19,3%) artıb.
Hüquqi şəxslərin depozitləri isə 242,1 milyon manat olub.
Subordinasiya borc öhdəlikləri 8,5 milyon manat təşkil edib.
Borc qiymətli kağızları 8,6 milyon manat səviyyəsində dəyişməz qalıb.
Digər öhdəliklər isə 45,6 milyon manat olub.
Hesabat rübündə "Rabitəbank"ın cəmi kapitalı 132,4 milyon manata bərabər olub. Bu isə son 9 ayda 9,4 milyon manat (7,7%) artımın baş verməsi deməkdir.
Səhmdar kapitalı 101,3 milyon manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət 17,8 milyon manata bərabər olub. Ötən ilin sonuna nəzərən bu mənfəət 8,7 milyon manat (96,1%) artıb.
Ümumi ehtiyatlar isə 13,3 milyon manata çatıb.