“Rabitə Bank” 2023-cü ilin son rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank ötən ilin son rübündə 91 milyon 123 min manat faiz gəliri əldə edib. Gəlirlərin 79 milyon 532 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 22 milyon 703 min manat (33,2%), kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 18 milyon 452 min manat (30,2%) artıb.
Bu dövrdə faiz xərcləri 30 milyon 684 min manat olub ki, bu da illik müqayisədə 10 milyon 960 min manat və ya 55,6% çoxdur.
Depozitlər üzrə faiz xərcləri də 7 milyon 392 min manat və ya 66,7% artaraq 18 milyon manata yüksəlib.
“Rabitə Bank”ın xalis gəlirləri 60 milyon 439 min manat təşkil edib ki, bu da son bir ildə 11 milyon 743 min manat və ya 24,1% çoxdur.
Hesabat dövrdə bankın qeyri-faiz gəlirləri 51 milyon 592 min manat olub. Onun da 36 milyon 896 milyon manatını haqq və komissiya gəlirlərinin, 10 milyon 194 min manatını digər gəlirlərinin, 4 milyon 44 min manatını məzənnə dəyişməsi daxil olmaqla xarici valyutadan gəlirlərinin, 458 min manatını, qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlirlərinin payına düşüb,
Qeyri faiz gəlirləri son bir ildə 2 milyon 789 min manat (5,7%), haqq və komissiya gəlirləri son bir ildə 1 milyon 832 min manat (5,2%), digər faiz gəlirləri isə 3 milyon 251 min manat (46,8%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 10 milyon 896 min manat (14,2%) artaraq 87 milyon 769 min manata, əmək haqqı xərcləri 4 milyon 603 min manat (18,9%) artaraq 28 milyon 892 min manata, ümumi inzibati xərclər 4 milyon 242 min manat (11,7%) artaraq 40 milyon 485 min manata, amortizasiya xərcləri 877 min manat (12,7%) artaraq 7 milyon 772 min manata, digər xərcləri isə 1 milyon 175 min manat (12,6%), 10 milyon 531 min manata yüksəlib.
“Rabitə Bank” ASC 2023-cü ili 5 milyon 451 min manat mənfəət vergisi ödənişindən sonra 13 milyon 61 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti son bir ildə 1 milyon 880 min manat, başqa sözlə 16,8% artıb.
2023-cü ilin sonunda “Rabitə Bank” ASC 1 milyard 138 milyon 450 milyon manat akitvlərə malik olub. Aktivlər son bir ildə 183 milyon 460 min manat, başqa sözlə 19,2% artıb.
Bankın kredit portfeli 721 milyon 159 min manat təşkil edib ki, onun da 239 milyon 634 min manatını istehlak, 345 milyon 405 min manatını biznes kreditləri, 136 milyon 120 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
Kredit portfeli son bir ildə 110 milyon 282 min manat (18,1%), istehlak kreditləri, 34 milyon 29 min manat (16,6%), ipoteka kreditləri 40 milyon manat (13,1%), ipoetka kreditləri 36 milyon 262 min manat (36,3%) böyüyüb.
Bankın öhdəlikləri də 178 milyon 705 min manat və ya 21,2% artaraq 1 milyard 22 milyon 98 min manata yüksəlib.
Depozit portfelində də böyümə müşahidə edilməkdədir. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə 146 milyon 821 min manat (24,2%) artaraq 753 milyon 284 min manata yüksəlib.
Depozit portfelinin 445 milyon 386 min manatını fiziki şəxslərin 308 milyon 438 min manatını hüquqi şəxslərin əmanətləri təşkil edib. Əvvəlki ilin sonu ilə müqayisədə fiziki şəxslərin əmanətləri 128 milyon 354 min manat (40,5%), hüquqi şəxslərin əmanətləri isə 18 milyon 466 min manat (6,4%) artıb.
“Rabitə Bank”ın balans kapiatlı 4 milyon 755 min manat, yəni 4,3% artaraq 116 milyon 352 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 4,6 dəfə artaraq 3 milyon 920 min manat təşkiı edib.