Cari ilin üçüncü rübündə "ZiraatBank Azərbaycan" ASC-də fiziki şəxslərin tələbli depozitləri 26 milyon 169 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş bu növ tələbli əmanətlərin həcmi ötən doqquz ay ərzində 2 milyon 359 min manat və ya 9,9% artıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə bu göstərici 23 milyon 810 min manat olub.
Bundan başqa müddətli depozitlərin həcmində də artım qeydə alınıb.
Belə ki, bu dövrdə banka fiziki şəxslər tərəfindən yerləşdirilmiş müddətli əmanətlərin həcmi 146 milyon 960 min manat təşkil edib.
Həmin əmanətlər də ötən ilin son rübü ilə müqayisədə 46 milyon 620 min manat və ya 46,7% artıb.
2022-ci ilin sonunda müddətli depozitlərin həcmi 99 milyon 870 min manat olub.
Beləliklə fiziki şəxslər tərəfindən ümumlikdə 172 milyon 658 min manat əmanət yerləşdirilib ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 48 milyon 979 min manat (39,6%) artıb. Belə ki, ötən ilin sonunda bu rəqəm 123 milyon 680 min manat təşkil edib.