Cari ilin üçüncü rübündə "ZiraatBank Azərbaycan" ASC-nin depzoit portfeli 491 milyon 410 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 173 milyon 604 min manat və ya 54,6% artıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə 317 milyon 806 min manat depozit portfelinə malik idi.