Cari ilin III rübündə "Ziraat Bank Azərbaycan"da əmək haqqı əmək haqqı və digər konpensasiya növləri üzrə xərcləri 6 milyon 982,8 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı əmək haqqı və digər konpensasiya növləri üzrə xərclərində illik müqayisədə 1 milyon 710,3 min manat (32,4 %) artım qeydə alınıb.
2023-ci ilin III rübündə bu göstərici 5 milyon 272,5 min manat təşkil edib.