Türkiyənin dövlət bankının Azərbaycandakı törəməsi olan "Ziraat Bank Azərbaycan" ASC və Azərbaycanda yeganə regional bank olan "Naxçıvanbank" ASC əməkdaşlıq etməyi hədəfləyirlər.
Eləcə də bax: «Ziraat Bank Azərbaycan»ın vəziyyəti – MƏLUM OLDU – HESABAT
FED.az xəbər verir ki, bu gün "Naxçıvanbank"ın Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov "Ziraat Bank Azərbaycan"ı ziyarət edib.
"Ziraat Bank Azərbaycan" İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə keçirilən işgüzar görüşdə banklararası əməkdaşlıq imkanları müzakirə edilib. (Marja)