Azərbaycanda fəaliyət göstərən Türkiyə kapitallı «Ziraat Bank Azərbaycan»ın 2021-ci ilin 2-ci rübünə olan vəziyyəti məlum olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 11 milyon 651 min manat, faiz xərcləri 3 milyon 685 min manat təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 3 milyon 184 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 473 min manat təşkil edib.
Nəticədə bankın əməliyyat mənfəəti 2 milyon 945 min manat olub.
Bundan 830 min manat aktivlər üzrə mümkün zərərlərdən ehtiyata ayrılıb, 197 min manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə bank 2-ci rübü 1 milyon 918 min manat xalis mənfəətlə başa vurub.
Dövrün sonunda «Ziraat Bank Azərbaycan»ın cəmi aktivləri 349 milyon 688 min manat, öhdəlikləri isə 273 milyon 043 min manat olub.
Bankın cəmi kapitalı 76 milyon 644 min manatdır.
Hesabat dövrünü sonuna bankın kredit portfeli 173 milyon manat, xalis kredit porfeli isə 167 milyon manat olub.
Bankdakı depozitlər isə 189,3 milyon manat olub.