2024-cü ilin ilk rübündə "Yelo Bank"ın kredit portfeli 802 milyon 549 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Onun da 219 milyon 219 min manatı istehlak, 506 milyon 724 min manatı biznes, 76 milyon 606 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
Ümumi kredit porteli ötən ilin sonu ilə müqayisədə 38 milyon 239 min manat (5%),istehlak kreditləri 11 milyon 582 min manat (6%), biznes kreditləri 23 milyon 596 min manat (5%), daşınmaz əməlak kreditləri 3 milyon 61 min manat (4%) böyüyüb.