Bu ilin yanvar-iyun aylarına görə “Yelo Bank”ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 995 milyon 231 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 60 milyon 141 min manat və ya 6,4% artım deməkdir.
Kredit portfelinin əsas hissəsini – 611 milyon 508 min manatını biznes kreditləri təşkil edib. İlin əvvəlindən biznes kreditləri 24 milyon 265 min manat və ya 4,1% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 29 milyon 363 min manat və ya 11,1% artaraq 292 milyon 940 min manata çatıb. Daşınmaz əmlak kreditləri isə 6 milyon 514 min manat və ya 7,7% artaraq 90 milyon 782 min manat olub.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 935 milyon 90 min manat təşkil etmişdi.