05 noyabr 2024-cü il tarixdə saat 11:00-da "Yelo Bank" ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.