15 may 2024-cü il tarixdə, saat 11:00-da "Yelo Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin Baş ofisində baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. "Yelo Bank" ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi;
2. Cari və təşkilati məsələlərə baxılması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.