18 dekabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda cari və təşkilati məsələlərə baxılacaq.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim edilməlidir.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.
"Yelo Bank" ASC-nin Müşahidə Şurası