Oktyabrın 17-də ölkənin mobil bankçılığına həsr olunmuş “Mobile Banking Day Baku” konfransı keçirildi.
Eləcə də bax: "Yelo Bank" "Sibos 2022" beynəlxalq konfransında - İŞTİRAK EDİR
FED.az xəbər verir ki, konfransda 10 yerli mobil bankçılıq tətbiqlərində istifadəçi təcrübəsinin öyrənilməsi araşdırmasının nəticələri təqdim olundu. Markswebb agentliyinin həyata keçirdiyi tədqiqatda Yelo yüksək xal əldə edərək ən rahat mobil tətbiq seçildi. 1000 kriteriya üzrə müqayisələrin nəticələrinə görə Yelo, ən rahat mobil tətbiq kimi dəyərləndirildi.
Eləcə də bax: Azərbaycanda bankların mobil tətbiqin rahatlığı üzrə – REYTİNQİ AÇIQLANDI - SİYAHI
Yelo hazırda müştərilərinin ən çox istifadə etdiyi bank mobil tətbiqləri içərisində ilk yerlərdədir. Bu unikal tətbiqdə həm fərdi, həm də biznes hesabını idarə etmək mümkündür. Yelo tətbiqinə digər bankların kartlarını da əlavə etmək mümkündür. Qeyri-müştərilər tətbiqi yükləyərək kredit və kart sifariş edə bilərlər. İl sonunadək Yelo tətbiqinin hazırki funksiyalarının daha da təkmilləşdirilməsi və yeni innovativ funksiyaların əlavə edilməsi planlaşdırılır.
Yelo mobil tətbiqinin smartfonunuza yükləyib, parlaq bankçılıqdan siz də zövq ala bilərsiniz: https://bit.ly/ylmbltb
Bank xidmətləri, həmçinin, mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!