"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Hesabata əsasən bank bu rübü 8,3 milyon manat xalis mənfəət ilə başa vurub. 2,4 milyon manat mənfəət vergisi ödəyib.
Gəlirləri artır...
"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2024-cü ilin 9 ayında 32,1 milyon manat təşkil edib. Bu illik müqayisə ilə 4,8 milyon manat və ya 18% artıb).
Faiz gəlirlərinin böyük hissəsi, yəni 22 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 1,6 milyon manat və ya 8% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 4,2milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon manat (14%) artım deməkdir.
Faiz xərcləri 2,9 milyon manat (2,7 dəfə) artaraq 4,6 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 3,8 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 2,1 milyon manat və ya 2,2 dəfə çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 27,4 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 1,8 milyon manat və ya 7% çoxdur.
Bankın qeyri-faiz gəlirləri isə 2,6 milyon manat və ya 14% artaraq 18,9 milyon manata yüksəlib.
Qeyri faiz gəlirlərinin 13,6 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 5,1 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 2,8 milyon manat (26%), xarici valyutadan gəlirlər 1 milyon manat (24%) artıb.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri 33,7 milyon manata bərabər olub. Bu da ötən ilin III rübü ilə müqayisədə 6,2 milyon manat, başqa sözlə 23% çoxdur.
Əmək haqqı xərcləri 2,1 milyon manat (23%) artaraq 11,4 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 6,6 milyon manat bərabər olub ki, bu da son bir il ərzində 1,2 milyon manat və ya 22% artım baş verib.
Amortizasiya xərcləri 2,8 milyon manata bərabər olub, digər xərcləri isə 3,1 milyon manat (32%) artaraq 12,8 milyon manata yüksəlib.
Bank böyüyür
"Yapı Kredi Bank Azərbaycan" bu ilin III rübündə 570,8 milyon manat aktivlərə malik olub. Ötən ilin sonu ilə müqayisədə aktivlər 56 milyon manat (11%), böyüyüb
Kredit portfeli genişlənir
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan" 325,1 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 33,3 milyon manat (11%) böyüyüb.
Onun da 76,5 milyon manatını istehlak, 201,7 milyon manatını biznes kreditləri, 46,9 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 8,5 milyon manat (13%), biznes kreditləri 12,8 milyon manat (7%), ipoteka kreditləri 12 milyon manat (34%) böyüyüb.
Müştərilərin bankdakı əmanətlərinin artımı davam edir...
Bankın öhdəlikləri 464,1 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 47,2 milyon manat, başqa sözlə 11% çoxdur.
Depozit portfelinin həcmi 403,2 milyon manat olub ki, onun da 100 milyon manatı fiziki, 303,2 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 36,5 milyon manat (10%), əhalinin depozitlərində isə 10 milyon manat (11%), şirkətlərin əmanətlərində 26,5 milyon manat (10%) artım baş verib.
Balans kapitalı 8,6 milyon manat və ya 9% artaraq 106,6 milyon manata yaxınlaşıb.
Bank ötən ilin sonu ilə müqayisədə bölüşdürülüməmiş mənfəətini 8 milyon manat (22%) artıraraq 45,2 milyon manata çatdırıb.
Məlumat yenilənir...