Cari ilin ilk rübündə "Yapı Kredi Azərbaycan" 320 milyon 603 min manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın rüblük hesatına istinadən xəbər verir.
Bankın kredit portfeli son 3 ay ərzində 3 milyon 13 min manat (1%) böyüyüb.
Ümumi kredit porfelinin 84 milyon 559 min manatını istehlak, 183 milyon 437 min manatını biznes kreditləri, 52 milyon 566 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2024-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 2 milyon 714 min manat (3%), ipoetka kreditləri 4 milyon 623 min manat böyüyüb.
Ümumi kredit portfelinin 28 milyon 744 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 291 milyon 858 min manat olub ki, bu da son bir ildə 2 milyon 105 min manat, başqa sözlə 1% artım deməkdir.