Bu ilin 3-cü rübündə "Xalq Bank"ın qeyri-faiz gəlirləri 32,1 milyon manat olub.
FED.az bub barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Qeyri-faiz gəlirləri son bir il ərzində 11,6 milyon manat (57%), xərcləri isə 13,6 milyon manat (25%) artıb.
Qeyri faiz gəlirlərinin 19,5 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 7,7 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 4 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 5,3 milyon manat (37%), xarici valyutadan gəlirlər 2,9 milyon manat (60%), digər gəlirlər isə 3,1 milyon manat (4,4 dəfə) artıb.