"Xalq Bank" ASC 2024-cü ilin 3-cü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank bu rübdə 136,4 milyon manat xalis faiz gəliri əldə edib.
Bu ötən ilin III rübü ilə müqayisədə 20,1 milyon manat və ya 17% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 95,4 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 12 milyon manata yaxın və ya 14% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 22 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon manat, başqa sözlə 42% çoxdur.
Faiz xərcləri 12,7 milyon manat (54%) artaraq 36 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 27,4 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 64% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 100,2 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 7,1 milyon manat və ya 8% çoxdur.
Hesabat dövründə "Xalq Bank"ın qeyri-faiz gəlirləri 32,1 milyon manat, xərcləri isə 68,5 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 11,6 milyon manat (57%), xərcləri isə 13,6 milyon manat (25%) artıb.
Qeyri faiz gəlirlərinin 19,5 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 7,7 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 4 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 5,3 milyon manat (37%), xarici valyutadan gəlirlər 2,9 milyon manat (60%), digər gəlirlər isə 3,1 milyon manat (4,4 dəfə) artıb.
Əmək haqqı xərcləri 7,8 milyon manat (31%) artaraq 33 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 7,9 milyon manat bərabər olub ki, bu da son bir il ərzində 0,2 milyon manat və ya 3% çoxdur.
Amortizasiya xərcləri 5,9 milyon manata bərabər olub, digər xərcləri isə 5,7 milyon manat (36%) artaraq 36%-ə yüksəlib.
"Xalq Bank" 11,4 milyon manat mənfəət vergisi ödənişindən sonra 3-cü rübü 54 milyon manat xalis mənfəətlə tamamlayıb. Ötən ilin eyni rübündə 53,8 milyon manat xalis mənfəət əldə etsək, göstəricilərdə 0,2 min manat artım baş verib.
"Xalq Bank" ASC III rübdə 2 milyard 942 milyon manat cəmi aktivlərə, 1 milyard 930 milyon manat cəmi kredit portfelinə malik olub. Kredit portfeli ötən ilin sonu ilə müqayisədə 73 milyon manat və ya 4% böyüyüb.
Bankın öhdəlikləri 364 milyon manat (14%) artaraq 2 milyard 942 milyon manata bərabər olub. depozit portfeli 1 milyard 981 milyon manat təşkil edib.
Balans kapitalı isə 500,4 milyon manata yaxınlaşıb.
Xəbər yenilənəcək...