Bu ilin III rübündə "VTB Bank Azərbaycan" 222 milyon 69 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 34 milyon 949 min manat (19%) böyüyüb.
Onun da 96 milyon 39 min manatını istehlak, 73 milyon 520 min manatını biznes kreditləri, 55 milyon 511 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 21 milyon 239 min manat (28%), biznes kreditləri 8 milyon 969 min manat (14%), ipoetka kreditləri 7 milyon742 min manat (16%) böyüyüb.
Ümumi kredit portfelinin 29 milyon 266 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 195 milyon 804 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 32 milyon 43 min manat, başqa sözlə 20% artım deməkdir.