"Bank VTB Azərbaycan" 2024 cü ilin III rübü üzrə maliyyə vəziyyətini açıqalyıb.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Gəlirlərdə yüksək artım
Bu dövrdə bankın faiz gəlirləri 23 milyon 616 min manat təşkil edib ki, bunun da 19 milyon 765 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 3 milyon 470 min manat (17%), kreditlərdən əldə edilən faiz gəlirləri 2 milyon 919 min manat (15%) artıb.
Faiz xərcləri isə 1 milyon 167 min manat və ya 23% artaraq 6 milyon 182 manat təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 15 milyon 938 min manat bərabər olub ki, bu da illik müqayisədə 1 milyon 719 min manat və ya 12% çoxdur.
Qeyri-faiz gəlirlərin kəskin artım
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 9 milyon 835 min manat, xərcləri isə 21 milyon 564 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 4 milyon 373 min manat (80%), xərcləri isə 3 milyon 251 min manat (18%) artıb.
Qeyri faiz gəlirlərinin 1 milyon 720 min manatı alınan-haqq və komissiya gəlirlərinin, 6 milyon 656 min manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 1 milyon 460 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 266 min manat (18%), xarici valyutadan gəlirlər 2 milyon 823 min manat (74%), digər gəlirlər isə 1 milyon 286 min manat (8,4 dəfə) artıb
Əmək haqqı xərcləri 1 milyon 975 min manat (17%) artaraq 13 milyon 294 min manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 5 milyon 982 min manat, amortizasiya xərcləri 1 milyon 592 min manat, digər xərcləri isə 696 min manat olub.
İllik müqayisədə ümumi və inzibati xərclər 1 milyon 133 min manat (23%), amortizasiya xərcləri 44 min manat (3%), digər xərclər isə 100 min manat (17%) artıb.
6 milyon manatdan çox xalis mənfəət
Bank III rübü 6 milyon 140 min manat xalis mənfəətlə başa vurub və bu rübdə mənfəət vergisi ödəməyib.
Bank böyüməkdə davam edir
"Bank VTB Azərbaycan" bu ilin III rübündə 299 milyon 153 min manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 49 milyon 253 min manat və ya 20% artıb.
Kredit portfelinin həcmi genişlənir
Hesabat dövründə "VTB Bank Azərbaycan" 222 milyon 69 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 34 milyon 949 min manat (19%) böyüyüb.
Onun da 96 milyon 39 min manatını istehlak, 73 milyon 520 min manatını biznes kreditləri, 55 milyon 511 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 21 milyon 239 min manat (28%), biznes kreditləri 8 milyon 969 min manat (14%), ipoetka kreditləri 7 milyon742 min manat (16%) böyüyüb.
Ümumi kredit portfelinin 29 milyon 266 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 195 milyon 804 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 32 milyon 43 min manat, başqa sözlə 20% artım deməkdir.
Bankın öhdəlikləri 42 milyon 662 min manat (27%) artaraq 201 milyon 507 min manata çatıb.
Müştərilərin əmanətləri artmaqda davam edir
Depozit portfelinin həcmi 110 milyon 234 min manat olub ki, onun da 72 milyon 052 min manatı fiziki, 38 milyon 183 min manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli ötən ilin sonu il müqayisədə fiziki şəxslərin əmanətləri 6 milyon 747 min manat (10%), hüquqi şəxslərin əmanətləri 14 milyon 138 min manat 59%) artıb.
Bankın balans kapitalı 97 milyon 645 min manat təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 6 milyon 590 min manat və ya (7%) çoxdur.