Bank VTB (Azərbaycan)-ın “0% dəyərini kəşf et” aksiyası çərçivəsində kiçik biznesin “Sərmayə” və “Dövriyyə” kredit məhsulları daha da sərfəli oldu. İndi sahibkarlar krediti komissiyasız əldə edə bilər. Yaz aksiyası 30 aprel 2021-ci ilədək qüvvədədir.
FED.az xəbər verir ki, Bank VTB (Azərbaycan)-ın kiçik biznes kreditləri sahibkarlara biznes-ideyalarını reallaşdırmağa və inkişaf etdirməyə kömək edir.
“Sərmayə” və “Dövriyyə” kreditləri həm fərdi sahibkarlara, həm hüquqi şəxslərə illik 14,5% -dən başlayan faiz dərəcəsilə verilir. Hər iki kredit üzrə maksimal məbləğ 660 min manat (və ya rubl ekvivalenti) təşkil edir.
“Sərnayə” krediti əmlakın alınması (o cümlədən nəqliyyat, xüsusi texnika, daşınmaz əmlak), əsas vəsaitin təmiri və yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar və digər banklardakı borcların maliyyələşməsi üçün təklif edilir. Kreditin müddəti 5 ilədəkdir.
“Dövriyyə” kreditini sahibkarlar dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə edə bilərlər. Kreditin müddəti 3 ilədəkdir.
Sahibkarlar kreditləri bank VTB (Azərbaycan)-ın istənilən filialında əldə edə bilər.