Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın bütün VİSA kart istifadəçiləri NFC texnologiyası ilə ilk dəfə təmassız ödəniş edərkən Cash Back qazanacaq. Bunun üçün Direct Pay By VTB əlavəsini (Play Marketdə və AppGallery-də mövcuddur) mobil telefona yükləmək və NFC funksiyasını dəstəkləyən Android platformalı smartfon vasitəsilə təmassız ödəniş etmək lazımdır. Ödənişi etmək üçün mobil telefonu təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala yaxınlaşdırmaq kifayətdir.
Bununla yanaşı, kart sahibləri növbəti ödənişlər zamanı da Cash Back əldə edə bilər. Ay ərzində 5 manatdan başlayan on və daha çox ödəniş həyata keçirən müştərilərə 25 manat geri qayıdacaq. Aksiya 10 aprel 2021-ci ilədək qüvvədədir. Vəsait karta bir aydan gec olmamaq şərtilə geri qayıdır.
Linkə keçid edərək smartfon vasitəsilə təmassız ödəniş haqqında ətraflı məlumat əldə etmək mümkündür.