13 fevral 2024-cü il tarixində, “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
"Unibank"ın xalis mənfəəti - 59 DƏFƏDƏN ÇOX ARTIB - HESABAT
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Xatırladaq ki, “Unibank” 2023-cü ildə 32 milyon 931 min manat xalis mənfəət əldə edib.