Bu ilin II rübündə "TuranBank"ın ticarət və investisiya qiymətli kağızlara yatırımları 59 milyon 750 min manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu ötən ilin sonu ilə müqayisədə 18 milyon 477 min manat və ya 44,8% çoxdur.
Ötən ilin sonunda bu göstərici 41 milyon 273 min manat idi.