2024-cü ilin sonunda "Turanbank" 651,8 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 22,5 milyon manat (4%) böyüyüb.
Onun da 156,3 milyon manatını istehlak, 366,1 milyon manatını biznes kreditləri, 129,5 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 13,7 milyon manat (4%),ipoteka kreditləri 10,3 milyon manat (9%) böyüyüb.
Ümumi kredit portfelinin 34,2 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 617,5 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 7,6 milyon manat, başqa sözlə 1% artım deməkdir.