Ölkənin aparıcı banklarından olan "Turanbank" ASC 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən ili 2 milyon 496 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2024-cü ildə 81,4 milyon manat faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 9 milyon manat və ya 11% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 81,1 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 9,4 milyon manatdan çox və ya 13% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2,6 milyon manata bərabər olub
Faiz xərcləri isə 984 min manat və ya 2% artaraq 47,6 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 37 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 1,3 milyon manat və ya 4% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 41,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 11,9 milyon manat və ya 40% çoxdur.
Hesabat dövründə "Turanbank"ın qeyri-faiz gəlirləri 21,3 milyon manat, xərcləri isə 38,7 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 9,7 milyon manat (84%), xərcləri isə 4,9 milyon manat (14%) artıb.
Qeyri faiz gəlirlərinin 9,6 milyon manatı alınan haqq və komissiya gəlirlərinin, 11,4 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 206 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 3,4 milyon manat (55%), xarici valyutadan gəlirlər 6,2 milyon manat (2,2 dəfə) digər gəlirlər isə 133 min manat (2,8 dəfə) artıb.
Əmək haqqı xərcləri 20 milyon manatı keçib
Əmək haqqı xərcləri 2,6 milyon manat (15%) artaraq 20,1 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 1 milyon manat (11%) artaraq 10,5 milyon manata bərabər olub,
Amortizasiya xərcləri 233 min manat (10%) artaraq 2,5 milyon manata, digər xərcləri isə 1 milyon manat (23%) artaraq 5,7 milyon manata yaxınlaşıb.
Bank böyüyür
"Turanbank" bu ilin III rübündə 849,8 milyon manat aktivlərə malik olub. Aktivlərin 96,9 milyon manatını nağd pul vəsaitləri, 28,3 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə aktivlər 27,1 milyon manat (3%), nağd pul vəsaitləri 26 milyon manat (37%) artıb, qiymətli kağızlara yatırımlar 13 milyon manat (31%) azalıb.
Kredit portfeli genişlənir
Hesabat dövründə "Turanbank" 651,8 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 22,5 milyon manat (4%) böyüyüb.
Onun da 156,3 milyon manatını istehlak, 366,1 milyon manatını biznes kreditləri, 129,5 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 13,7 milyon manat (4%),ipoteka kreditləri 10,3 milyon manat (9%) böyüyüb.
Ümumi kredit portfelinin 34,2 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 617,5 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 7,6 milyon manat, başqa sözlə 1% artım deməkdir.
Öhdəliklər 750 milyon manata yaxınlaşıb
Bankın öhdəlikləri 747,9 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 5,7 milyon manat, başqa sözlə 1% çoxdur.
Depozit portfelinin həcmi 461,5 milyon manat olub ki, onun da 366,9 milyon manatı fiziki, 94,6 milyon manatı hüquqi şəxslərin payına düşüb. Ümumi depozit portfeli 2,6 milyon manat (1%) böyüyüb, şirkətlərin bankdakı əmanətləri 30,3 milyon manat (47%) artıb.
Balans kapitalı 21,3 milyon manat və ya 26% artaraq 102 milyon manata yaxınlaşıb.
Bank ötən ilin sonu ilə müqayisədə nizamnamə kapitalını da 20 milyon (25%) artıraraq 100 milyon 6 min manata çatdırıb.