"TuranBank"ın 2024-cü llin II rübündə faiz gəlirləri 43 milyon 397 min manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
İllik müqayisədə faiz gəlirləri 5 milyon 474 min manat, yəni, 14% artıb.
Faiz gəlirlərinin 39 milyon 576 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 5 milyon 228 min manat (15%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institularına verilən kreditlər üzrə faiz gəlirləri 66 min manat, həmin təşkilatlarda depozitlər üzrə faiz gəlirləri 2 milyon 403 min manat, ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 1 milyon 350 min manat, digər faiz gəlirləri 551 min manat olub.
İllik müqayisə ilə banklar və digər maliyyə institularına verilən kreditlər üzrə faiz gəlirləri 57 min manat (7,3 dəfə), digər faiz gəlirləri isə 390 min manat (3,4 dəfə) artıb.