TuranBankın ödəniş kartlarından istifadə etməklə cashback layihəsinin üstünlüklərindən yararlanın!
TuranBank kart sahibləri üçün 8 mart Beynəlxalq Qadınlar Gününə özəl cashback kampaniyasına başlayıb.
Eləcə də bax: "TuranBank"dan Qarabağ Dirçəliş Fonduna - DƏSTƏK
Bankın kart sahibləri gül, parfümeriya, geyim və aksesuar mağazalarında, restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. 05-08 mart tarixində tərəfdaş mağazalarda həyata keçirilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 5%-i kart sahibinin hesabına geri qayıdacaq. Məlumat üçün qeyd edək ki, cashback yalnız 200 AZN-dək məbləğə hesablanacaq.
Tərəfdaş mağazaların siyahısı ilə https://bit.ly/3kLGdU1 linkinə keçidlə tanış ola bilərsiniz.
Kampaniya haqqında ətraflı məlumatı TuranBankın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək əldə edə bilərsiniz.