Cari ilin II rübündə "TuranBank"ın kredit portfeli 644 milyon 966 min manat təşkil edib.
Bunun da 144 milyon 715 min manatı istehlak kreditlərinin, 375 milyon 359 min manatı biznes kreditlərinin, 124 milyon 891 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 15 milyon 610 min manat (2%), istehlak kredit portfeli 2 milyon 133 min manat (1%), biznes kreditlərinin həcmi 7 milyon 728 min manat (2%), ipoteka kreditlərinin həcmi 5 milyon 748 min manat (5%) artıb.