"Turan Bank"ın kredit portfelində ötən rüb böyümə müşahidə edilib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir .
Belə ki, ümumi kredit portfelinin həcmi 629 milyon 356 min manat təşkil edib ki, onun da 142 milyon 852 min manatını isethlak kreditləri 367 milyon 631 min manatını biznes, 119 milyon 143 min manatını isə ipoteka kreditləri təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi kredit portfeli 80 milyon 861 min manat (14,7%), istehlak kreditləri 3 milyon 789 min manat (2,7% ), biznes kreditləri 53 milyon 776 min manat (17,1%), ipoteka kreditləri isə 23 milyon 295 min manat (24,3%) böyüyüb.