"TuranBank" ASC ötən ilin son rübünün maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 80 milyon 412 min manat təşkil edib ki, onun da 71 milyon 675 min manatını müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri təşkil edib
Ümumi faiz gəlirləri son bir ildə 17 milyon 557 min manat. yəni 27,9%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 13 milyon 547 min manat (23,3%) artıb.
Bu dövrdə bankın faiz xərcləri 46 milyon 629 min manat təşkil edib ki, onun da 35 milyon 690 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib.
Faiz xərcləri son bir ildə 11 milyon 476 min manat (32,6%), depozitlər üzrə faiz xərcləri isə 8 milyon 854 min manat (33%) artıb.
Beləliklə, "TuranBank"ın xalis faiz gəlirləri 29 milyon 913 min manat təşkil edib kİ, bu da illik müqayisə ilə 5 milyon 181 min manat (20,9%) çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 11 milyon 558 min manat, xərcləri isə 33 milyon 850 min manat təşkil edib.
Bankın əmək haqqı xərcləri də son bir ildə 3 milyon 93 min manat və ya 21,5% artaraq 17 milyon 493 min manata yüksəlib.
2023-cü ilin IV rübündə 822 milyon 773 min manat aktivlərə malik olub. Bankın aktivləri son bir ildə 1 milyon 952 min manat (0,2%) artıb.
Bankın kredit portfelində də böyümə müşahidə edilib. Belə ki, ümumi kredit portfelinin həcmi 629 milyon 356 min manat təşkil edib ki, onun da 142 milyon 852 min manatını isethlak kreditləri 367 milyon 631 min manatını biznes, 119 milyon 143 min manatını isə ipoteka kreditləri təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi kredit portfeli 80 milyon 861 min manat (14,7%), istehlak kreditləri 3 milyon 789 min manat (2,7% ), biznes kreditləri 53 milyon 776 min manat (17,1%), ipoteka kreditləri isə 23 milyon 295 min manat (24,3%) böyüyüb.
Hesabat dövründə bankın öhdəlikəri 10 milyon 873 min manat (1,5%) artaraq742 milyon 128 min manata yüksəlib.
Depozit portfeli isə 458 milyon 880 min manat təşkil edib ki. bu da əvvəlki illə müqayisə də 29 milyon 606 min manat, yəni 6,9% çoxdur.
Depozit portfelinin 394 milyon 569 min manatını fiziki şəxslərin əmanətləri, 64 milyon 311 min manatını hüquqi şəxslərin əmanətləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 66 milyon 665 min manat (20,3%) artıb.
"TuranBank" 2023-cü ilin IV rübündə 80 milyon 646 min manat kapitala malik olub.