"Tinkoff" onlayn bankı "App Store"dan yoxa çıxıb.
Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib – YENİ QADAĞALAR, TAM SİYAHI
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda proqram Google Play-də mövcuddur.
Bundan əlavə, müştərilər "Apple" mağazasından digər şirkət proqramlarını, o cümlədən "Tinkoff Investments" və "Tinkoff Mobile"ı endirə bilməyəcəklər.
Xidmətlərin yalnız Android istifadəçiləri üçün əlçatan olduğu vurğulanır.
Ötən həftə Avropa İttifaqı "Alfa Bank", "Rosbank" və "Tinkoff Bank"a qarşı sanksiyalar tətbiq edib. "Tinkoff Bank" nümayəndələrinin sözlərinə görə, kredit təşkilatı məhdudiyyətlərə hazırlaşıb, onlar müştəri xidmətlərinə təsir etməyəcək. "Tinkoff Investments" istifadəçilərin aktivlərini sanksiyaya məruz qalmayan şirkətə keçirəcək. (Marja)