"S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyi 2023-cü ilin ikinci rübü üzrə Azərbaycanın bank sektoru üçün yüksək riskləri açıqlayıb.
Bankların cəmi aktivləri və cəmi öhdəlikləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Agentliyin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. "S&P Global Ratings" bu sektor üzrə risklərin artım səviyyəsinə görə, Azərbaycanı 10 ballıq şkala üzrə yenidən 9 balla qiymətləndirib. Reytinq agentliyi bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini "stabil" olaraq saxlayıb.
İqtisadi davamlılıq, iqtisadiyyatda kredit risklərini və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri "çox yüksək" olaraq müəyyən edilib. İqtisadi balanssızlıq və rəqabət dinamikası ilə bağlı riskləri "yüksək" olaraq saxlanılıb. "S&P" bank sektoru üzrə institusional çərçivə risklərini isə yenidən "son dərəcə yüksək" olaraq müəyyən edib.
"Qlobal maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi tendensiyası ilə mübarizə apararaq, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın inkişaf etməkdə olan bank sektorları 2022-ci ildə Ukraynadakı müharibə və regionda qeyri-sabitliyin artması səbəbindən qeyri-rezident maliyyə axınlarından əhəmiyyətli dərəcədə bəhrələnib. Bu, bankların maliyyələşdirmə bazalarını gücləndirib və onların maliyyələşdirmə xərclərinə ya neytral, ya da müsbət təsir göstərib. Müsbət təsirin müvəqqəti olacağı ehtimal edilir. Bu il eyni güclü maliyyə axını gözləmirik, lakin qeyri-rezident maliyyə vəsaitlərinin bank sektorunu birdən-birə tərk edəcəyini də düşünmürük. Buna görə də, əlaqəli riskləri idarə edilə bilən hesab edirik"- "S&P" sözügedən ölkələrin 2023-cü il üzrə bank sektoru ilə bağlı riskləri şərh edərkən bildirib.
Qeyd edək ki, "S&P Global Ratings"in banklar üzrə ölkə risk qiymətləndirilməsi (BICRA) üzrə ən pozitiv göstərici 1 bal, ən yüksək risk göstiricisi isə 10 bal müəyyən edilib. (Apa)