Apreldə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 milyon manat, cəmi öhdəlikləri 39,771.3 milyon manat, balans kapitalı 5,811.4 milyon manat olub.
Azərbaycanda bank işçilərinin sayı - 2 MİN NƏFƏR ARTIB – MAAŞLARI DA YÜKSƏKDİR
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2 faiz təşkil edib.
2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 milyon manat xalis mənfəət, 512.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39 faiz və 32 faiz artıb.
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 2.1 faiz artaraq 30,189.1 milyon manat təşkil edib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 782 milyon manat artaraq 2,544 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların “loro” müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır. (Azərtac)