"Rabitəbank"da faiz gəlirləri ötən ilin sonunda 114 milyon 286 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
İllik müqayisədə gəlirlər 23 milyon 163 min manat, yəni 25% artıb.
Faiz gəlirlərinin 100 milyon 557 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 21 milyon 24 min manat (26%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 61 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 3 milyon 556 manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 8 milyon 891 min manat, digər faiz gəlirləri isə 131 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 262 min manat (33%), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 445 min manat (2,6 dəfə), digər faiz gəlirləri isə 293 min manat (2,6 dəfə) artıb.
Hesabat dövründə bankın faiz xərcləri 13 milyon 305 min manat (43%) artaraq 43 milyon 989 min manata bərabər olub. Bunun da böyük hissəsi - 30 milyon 707 min manatı depozitlər üzrə faiz xərcləridir ki. bu da illik müqayisədə 12 milyon 237 min manat (66%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 70 milyon 297 min manat təşkil edib. Bu da son bir ildə 9 milyon 858 min manat və ya 16% çoxdur.