"Expressbank"ASC 2024 ilin sonunda 68,5 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu əvvəlki ilin IV rübü ilə müqayisədə 10,8 milyon manat və ya 19% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 64,1 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 12,9 milyon manata yaxın və ya 25% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 2,5 milyon manata bərabər olub.