Cari ilin II rübündə "Rabitəbank"ın əmək haqqı xərcləri 13 milyon 979 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində son bir il ərzində 2 milyon 8 min manat (17%) artım qeydə alınıb.
2023-ci ilin II rübündə bu göstərici 11 milyon 971 min manat təşkil edib.