Ötən ilin son rübündə "Rabitəbank"ın kredit portfeli 721 milyon 159 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Kredit portfelinin həcmi son bir ildə 110 milyon 282 min manat (18,1%) böyüyüb.
Onun da 239 milyon 634 min manatını istehlak, 345 milyon 405 min manatını biznes kreditləri, 136 milyon 120 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2022-ci iin sonu ilə müqayisədə istehlak kreditləri, 34 milyon 29 min manat (16,6%), biznes kreditləri 40 milyon manat (13,1%), ipoetka kreditləri 36 milyon 262 min manat (36,3%) böyüyüb.
Ümumi kredit portfelinin 15 milyon 566 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 705 milyon 592 min manat olub ki, bu da son bir ildə 118 milyon 565 min manat, başqa sözlə 20,2% artım deməkdir.