2023-cü ilin son rübündə "Rabitəbank"ın depozit portfeli 753 milyon 284 min manat təşkil edib.
FED.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Depozit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 146 milyon 821 min manat (24,2%) böyüyüb.
Depozit portfelinin 445 milyon 386 min manatını fiziki şəxslərin 308 milyon 438 min manatını hüquqi şəxslərin əmanətləri təşkil edib. Əvvəlki ilin sonu ilə müqayisədə fiziki şəxslərin əmanətləri 128 milyon 354 min manat (40,5%), hüquqi şəxslərin əmanətləri isə 18 milyon 466 min manat (6,4%) artıb.