Ötən ilin sonunda "Premium Bank"ın depozit portfelində də azalma müşahidə edilib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, depozit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 39 milyon 720 min manat (8,5%) azalaraq 426 milyon 770 min manata enib.
Depozit portelinin 330 milyon 857 min manatı fiziki, 95 milyon 913 min manatı hüquqi şəxslərin əmanətləri olub. 2023-cü ilin IV rübü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 9 milyon 806 min manat (2,9%), hüquqi şəxslərin əmanətləri isə 29 milyon 914 min manat (23,8%) azalıb.