2023-cü ilin sonunda “Premium Bank” ASC-nin kredit portfeli 471 milyon 866 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir .
Buu da illik müqayisədə 34 milyon 898 min manat və ya 8% çoxdur.
Kredit portfelinin 19 milyon 248 min manatını istehlak, 385 milyon 638 min manatını biznes, 66 milyon 979 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son bir ildə istehlak kreditləri 13 milyon 255 min manat (3,2 dəfə), ipoteka kreditləri 34 milyon 373 min manat (2 dəfə) artıb, biznes kreditlərin həcmi isə 12 milyon 731 min manat (3,2%) azalıb.