"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın səhmdarlarının pay bölgüsü dəyişib.
“PASHA Bank Georgia” zərərlə işləyir - RƏQƏMLƏR - HESABAT AÇIQLANDI
FED.az xəbər verir ki, "PAŞA Holdinq" törəmə bankdakı səhmlərini 9.80%-dən 14.94%-ə çatdırıb. Nəticədə, "PAŞA Bank"ın sözügedən bankdakı payı 90.20%-dən 85.06%-ə enib.
Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib və 2023-cü ilin sentyabr ayına kimi bankın 100% səhmdarı "PAŞA Bank" olub. Ötən ilin sentyabr ayında isə "PAŞA Holdinq" törəmə bankdan pay əldə edib. (Apa)