“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” SC cark üçüncü rübünün hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, törəmə bankın zərəri 1 milyon 093 min lari təşkil edib. 2022-ci ilin eyni dövründə müqayisədə xalis zərər 1 milyon 715 min lari (61,1%) azalıb.
Faiz gəlirləri 39 milyon 157 min lari təşkil edib.
Faiz gəlirləri 8 milyon 53 min lari yəni 26 faiz artıb.
Bank bu dövrdə mənfəət vergisi ödəməyib.
Törəmə bank faiz xərcləri 14 milyon 225 min lari olub ki, bu da illik müqayisədə 1 milyon 879,4 min lari (15,2%) azdır.
Cari ilin 3-cü rübündə“PASHA Bank Georgia”nın aktivlərinin həcmi 484 milyon 979,6 min lari təşkil edib. Aktivlər illlik müqayisədə 35 milyon 438,1 min lari və ya 7% azalıb.
. Aktivlərin azalmasında müştərilərə verilən kreditlər təsirsiz ötüməyib. Belə ki, müştərilərə verilən kreditlərin həcmi ötən ilin üçüncü rübünün sonuna 339 milyn 835 min. lari olduğu halda, 2023-cü ilin müvafiq dövrünə 314 milyon 298 min lariyə düşüb. Həmin kreditlərin məbləği də illik müqayisədə 25 milyon 536,8 min lari və ya 7,5% azalıb.
Törəmə bankın cəmi öhdəlikləri 375 milyon 460 min lari olub. Öhdəliklər də illik müqayisədə 42 milyom 690,7 min lari və ya 10,2% azalıb.
Kapitalın həcmi isə 7 milyon 252 min lari (7,1%) artaraq 109 milyon 521 min lariyə yüksəlib.
Yığılmış zərərin həcmi isə 7 milyon 252,6 min lari, başqa sözlə 2% azalaraq 109 milyon 521,2 min lariyə düşüb.