"Paşa Bank" 2024 cü ilin II rübünün nəticələrini açıqlayıb.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu dövrdə bankın faiz gəlirləri 246 milyon manat təşkil edib ki, bunun da 131 milyon min manatı kreditlərdən əldə edilən faiz gəlirləri, 71,8 milyon manatı ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 41,4 milyon manat (20%), kreditlərdən əldə edilən faiz gəlirləri 18,6 milyon manat (17%). ticarət və investisiya qiymətli kağızları 18 milyon manat (34%) artıb.
Faiz xərcləri isə 21 milyon manat və ya 78% artaraq 47,9 milyon manat təşkil edib.
Faiz xəclərinin çox böyük hissəsi - 40,9 milyon manatı depozitlər üzrə faizlərdir. Bu göstərici üzrə son bir il ərzində 21,3 milyon manat (2,1 dəfə) artım baş verib.
Beləliklə bankın xalis faiz gəlirləri 109 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 60,5milyon manat və ya 36% azdır.
Bu dövrdə bankın faiz gəlirləri 75,8 milyon manat təşkil edib ki, bunun da 63,2 milyon min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 23,3 milyon manat (44%), kreditlərdən əldə edilən faiz gəlirləri 12,6 milyon manat (25%) artıb.
Faiz xərcləri isə 5,2 milyon manat və ya 26% artaraq 25,2 milyon manat təşkil edib.
Faiz xəclərinin çox böyük hissəsi - 22,7 milyon manatı depozitlər üzrə faizlərdir. Bu göstərici üzrə son bil ərzində 5,7 milyon manat (33%) artım baş verib.
Beləliklə bankın xalis faiz gəlirləri 48,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 16,7 milyon manat və ya 53% çoxdur.
Hesabat dövründə "Yelo Bank"ın qeyri-faiz gəlirləri 131,8 milyon manat, xərcləri isə 182,8 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 39 milyon manat (42%), xərcləri isə 43,8 milyon manat (32%) artıb.
Qeyri-faiz gəlirlərinin 79 milyon manatını alınan haqq və komissiya gəlirləri, 20,2 milyon manatı xarici valyutadan gəlirlər, 33 milyon manatı isə digər gəlirlər olub. artıb. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 15,2 milyon manat (24%), xarici valyutadan gəlirlər 5 milyon manat (33%), digər gəlirlər isə 15,2 milyon manat (85%) artıb.
Bank əmək haqqı xərcləri 10,1 milyon manat (22%) artaraq 56,1 milyon manata çatdırıb.
Bundan başqa ümumi və inzibati xərcləri 58,8 milyon manat, amortizasiya xərcləri 17,7 milyon manat, digər xərcləri 50 milyon manat, cəmi əməliyyat mənfəəti isə 139,2 milyon manat olub.
Son bir il ərzində bankın ümumi və inzibati xərcləri 12,1 milyon manat (26%), amortizasiya xərcləri 0,1 milyon manat (1%), digər xərcləri 21,6 milyon manat (76%), cəmi əməliyyat mənfəəti isə 15,7 milyon manat (13%) artıb
"Paşa Bank" II rübü 119 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın xalis mənfəəti illik müqayisədə 22 milyon manat və ya 23% artıb. Hesabat dövründə bank 30,2 milyon mənfəət vergisi ödəyib.
"Yelo Bank" bu ilin II rübündə 8 milyard 473 milyon manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ili müqayisədə 178 milyon manat və ya 2,1% kiçilib.
Bunun da 1,5 milyard manatını nağd pul vəsaitləri, 1,1 milyard manatını qiymətli kağızlara yatırımlar təşkil edib. Nağd pul vəsitləri 386 milyon manat (20%), qiymətli kağızlara yatırımlar isə 322 milyon manat (22%) azalıb.
Hesabat dövründə "Paşa Bank"ın kredit portfeli 252 milyon manat (9%) böyüyərək 3,1 milyard manat təşkil edib.
Onun da 88,7 milyon manatını istehlak, 2,9 milyard manatını biznes kreditləri, 172,1 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri, 3 milyon manat (4%), biznes kreditləri 232 milyon manat (9%), ipoetka kreditləri 16,7 milyon manat (11%) böyüyüb.
Bankın öhdəlikləri bu dövrdə 7 milyard 620 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 194 milyon manat (2%) azalıb..
Depozit portfelinin həcmi 6 milyard 538 milyon manat olub ki, onun da 1 milyard 799 milyon manatı fiziki, 4 milyard 739 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Son bir il ərzində ümumi depozit portfeli 397 milyon manat (6%), hüquqi şəxslərin depozitləri 562 milyon manat (11%) kiçilib, fiziki şəxslərin depozitləri 165 milyon manat (10%) böyüyüb.
Əhalinin əmanətləri son bir ildə 63 milyon manat (11%) artıb.
Bankın balans kapitalı 852,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon manat və ya (2%) çoxdur.