27 noyabr tarixində "PAŞA Bank" da daxil olmaqla, ölkənin bir neçə bankın müştəriləri kart əməliyyatlarında çətinliklərlə üzləşib.
Azərbaycanın ən böyük bankı Müşahidə Şurasının iclasını - ŞUŞADA KEÇİRDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "PAŞA Bank"ın bununla bağlı yaydığı məlumatda bildirilir ki, bəzi hallarda kartdan karta köçürmə əməliyyatları zamanı göndərən şəxsin hesabından vəsait çıxıb, lakin alan şəxsin hesabına mədaxil olmayıb.
Azərbaycan banklarında «Qara cümə» - «BLACK FRİDAY» KAMPANİYALARI – SİYAHI
Məsələ ilə bağlı araşdırma aparılıb və çətinliyin yaranmasına xidmət provayderi tərəfində baş verən texniki nasazlıqların səbəb olduğu müəyyən edilib. Çətinliyin qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Qeyd olunan səbəbdən təyinat üzrə göndərilən vəsait yaxın zamanda çətinliklə üzləşən "PAŞA Bank" müştərilərinin hesabına geri qaytarılacaq.
"Rabitəbank"da nağd pul kreditinə - ƏFSANƏVİ ENDİRİM!
Qeyd edək ki, hazırda ölkədaxili digər bankların kartlarına köçürmə əməliyyatlarında çətinliklər davam edir. Çətinlik aradan qaldırılanadək, müştərilərə bu növ köçürmələri etməmələri tövsiyə olunur. Bankdaxili köçürmələrdə heç bir çətinlik yaşanmır, müştərilər "PAŞA Bank" kartları arasında köçürmələri adi qaydada icra edə bilərlər.